Target reklam

Target reklam: doğru insana, doğru vaxtda.

Target, yəni hədəfli reklam, reklamın hamıya yox, müştəriniz ola biləcək insanlara göstərilməsidir. Burada auditoriyanı necə qurduğumu və son illərdə nəyin dəyişdiyini yazmışam.

Target reklam nədir?

Azərbaycanda “target” deyəndə adətən Instagram və Facebook reklamı nəzərdə tutulur. Əslində bu, istənilən platformada reklamın kimə göstəriləcəyini seçməkdir: yer, yaş, maraqlar, davranış və sizinlə əvvəlki əlaqə. TikTok-da, Google-da və YouTube-da da hədəfləmə var, sadəcə alətlər fərqlidir.

Auditoriyanı necə qururam?

Hər kampaniyada üç qrup insan var və hər birinə fərqli şey deyilir:

  • Soyuq auditoriya — sizi hələ tanımayanlar. Şəhər və ya rayon, yaş aralığı, ümumi maraqlar. Burada auditoriyanı çox daraltmıram: dar auditoriya baha başa gəlir, Meta isə alıcını tapmaqda çox vaxt bizdən yaxşı işləyir.
  • İsti auditoriya — sizi artıq görənlər: Instagram səhifənizlə əlaqəyə girənlər, videonuzu yarıya qədər izləyənlər, saytınıza girənlər. Onlara başqa mesaj göstərilir: rəy, endirim, “hələ də fikirləşirsiniz?”
  • Müştəri bazası — razılıqla toplanmış telefon nömrələri və emaillər. Bu siyahı ilə ya mövcud müştərilərə təkrar satış edirik, ya da onlara oxşar yeni insanları tapırıq (oxşar auditoriya, Lookalike).

Target son illərdə necə dəyişib?

Bir neçə il əvvəl yaxşı target maraqları düzgün seçmək idi: 25–34 yaş, qadın, maraq — kosmetika. İndi Meta-da Advantage+ auditoriya əsas seçimə çevrilib: göstərdiyiniz yaşı və maraqları sistem məcburi qayda kimi yox, ipucu kimi qəbul edir və reklamı nəticə verəcəyini düşündüyü insanlara göstərir.

Bu o deməkdir ki, auditoriyanı indi daha çox reklamın özü seçir. Gənc analar üçün çəkilmiş video gənc analara, ofis işçiləri üçün çəkilmiş video ofis işçilərinə gedir. Ona görə target işinin yarısı kreativdir: kimə danışdığınız ilk saniyədən aydın olmalıdır.

Sərt məhdudiyyətlər isə qalır: məkan, minimum yaş, dil və istisnalar, məsələn, artıq alış edənlərə reklamı göstərməmək.

Retargetinq: ən ucuz satış

Saytınıza girib almayan, Direct-ə yazıb cavab gözləyən, videonu axıra qədər izləyən insan sizi artıq tanıyır. Belə insanlara ikinci dəfə göstərilən reklam çox vaxt yeni auditoriyadan ucuz nəticə verir.

Amma retargetinq tək işləmir: ora kimisə gətirmək üçün əvvəlcə geniş reklam lazımdır. Ona görə büdcənin böyük hissəsi yenə soyuq auditoriyaya gedir.

TikTok və Google-da target

TikTok-da auditoriya Instagram-dan bir az gəncdir və reklam lentdəki adi videodan seçilməməlidir. Google-da isə insan artıq axtarır: “Bakıda tort sifarişi” yazan adamı uzun-uzadı hədəfləməyə ehtiyac yoxdur, o hazır alıcıdır. Hansı platformanın sizə uyğun olduğunu məhsula və büdcəyə baxıb deyirəm.

Tez-tez verilən suallar

Target reklam ilə Meta reklamı eyni şeydir?

Təxminən. Meta platformadır, target isə hədəfləmə üsuludur. Instagram və Facebook reklamı Meta-da qurulur, target onun bir hissəsidir: reklamın kimə göstəriləcəyi.

Auditoriyanı nə qədər daraltmaq lazımdır?

Çox vaxt lazım deyil. Auditoriya çox kiçik olanda reklam bahalaşır və tez “yorulur”: eyni insanlar eyni reklamı dəfələrlə görür. Daraltmaq əvəzinə kreativi konkret insana ünvanlamaq daha yaxşı işləyir.

Rəqibimin izləyicilərinə reklam göstərmək olar?

Birbaşa yox: Meta başqa səhifənin izləyicilərini auditoriya kimi seçməyə icazə vermir. Amma eyni maraqları olan insanları və sizin öz isti auditoriyanıza oxşayanları hədəfləmək olar.

Bir rayona və ya küçəyə reklam vermək olar?

Bəli. Meta-da məkanı xəritədə nöqtə və radiusla seçmək olar, ən kiçik radius 1 km-dir. Məsələn, Yasamaldakı kafe üçün ətrafdakı 2–3 km kifayət edir.

Brendiniz üçün ilk addımı
birlikdə ataq.

Layihənizi bir-iki cümlə ilə yazın. Sizə uyğun paketi birlikdə seçək.