Meta reklamı

Meta reklamı rəqəmlə idarə olunanda işləyir.

Instagram, Facebook və Messenger-dəki reklamlar bir yerdən, Meta Ads Manager-dən idarə olunur. Kampaniyanı orada qururam: məqsəddən başlayıb pikselə, auditoriyaya və kreativə qədər.

“Təşviq et” düyməsi ilə Ads Manager arasında fərq

Instagram-da postun altındakı “Təşviq et” (Boost) düyməsi rahatdır: bir neçə kliklə post reklama çıxır. Amma bu düymə əsasən baxış, profil ziyarəti və mesaj üçün yaxşıdır.

Satış, saytda müraciət, səbətə əlavə kimi məqsədlər, eyni anda bir neçə kreativin sınanması və ətraflı hesabat Ads Manager-dədir. Kiçik bir post üçün boost bəs edə bilər. Ayda bir neçə yüz manat xərclənirsə, kampaniyanı Ads Manager-də qurmaq daha düzgündür.

Meta reklamını necə qururam?

  1. Məqsəd

    Ads Manager-də altı məqsəd var: tanınma, trafik, qarşılıqlı əlaqə, müraciətlər, tətbiqin təşviqi və satış. Məqsəd səhv seçiləndə Meta lazım olmayan hərəkəti edən insanları tapır: satış lazımdırsa, trafik kampaniyası klikləyən, amma almayan auditoriya gətirir.

  2. İzləmə

    Saytınız varsa, Meta Pixel və Conversions API qoşulur. Onsuz reklam hansı satışı gətirdiyini bilmir. Saytı olmayan bizneslər üçün WhatsApp və Instagram Direct-ə yazışma kampaniyası qururuq.

  3. Auditoriya və kreativ

    İndi Meta reklamı kimə göstərəcəyini çox vaxt kreativə baxıb seçir. Ona görə bir şəkillə yox, bir neçə fərqli video və vizualla başlayırıq: fərqli ilk 3 saniyə, fərqli təklif.

  4. Öyrənmə mərhələsi

    Yeni reklam qrupu əvvəlcə öyrənmə mərhələsindən keçir. Meta-nın tövsiyəsinə görə bunun üçün həftədə təxminən 50 nəticə lazımdır. Bu müddətdə kampaniyanı hər gün dəyişmək onu sıfırlayır, ona görə ilk günlərdə səbirli oluruq.

  5. Hesabat

    Bir müraciət və ya satış neçəyə başa gəldi, hansı kreativ işlədi, büdcəni hara keçirmək lazımdır — bunları sadə dildə göstərirəm.

Reklam hesabını bloklanmaqdan necə qorumaq olar?

Bizneslərin tez-tez üzləşdiyi problem budur: reklam hesabı birdən bloklanır və kampaniyalar dayanır. Bunun qarşısını tam almaq mümkün deyil, amma riski xeyli azaltmaq olar:

  • Reklam hesabı şəxsi profilə yox, biznes portfelinə (əvvəlki adı Business Manager) bağlı olsun, sahibi isə siz olun.
  • Hesaba girişi olan hər kəsdə iki addımlı doğrulama açıq olsun.
  • Ödəniş üsulu sabit qalsın: tez-tez kart dəyişmək və alınmayan ödənişlər hesabı yoxlamaya sala bilər.
  • Reklam mətni Meta qaydalarına uyğun olsun: “30 günə 10 kilo arıqla” kimi vədlər, insanın şəxsi xüsusiyyətinə toxunan suallar (“Artıq çəkiniz var?”), arıqlama üçün əvvəl/sonra şəkilləri olmasın.
  • Siyasi və ictimai mövzulu reklamlar üçün Meta əlavə təsdiq tələb edir, onsuz belə reklam dayandırılır.

Meta reklamına nə qədər büdcə lazımdır?

Dəqiq rəqəm sahədən asılıdır, amma bir qayda işləyir: büdcə Meta-ya həftədə kifayət qədər nəticə toplamağa imkan verməlidir. Məsələn, bir müraciət sizə təxminən 3 manata başa gəlirsə, həftədə 50 müraciət üçün təxminən 150 manat lazımdır.

Gündə 3–5 manatla satış kampaniyası açmaq çox vaxt boş xərcdir, çünki sistem öyrənməyə çatmır. Belə hallarda əvvəlcə daha ucuz nəticəyə (mesaj, profil ziyarəti) optimallaşdırırıq, sonra satışa keçirik.

Tez-tez verilən suallar

Meta reklamı ilə Instagram reklamı fərqlidir?

Yox, eyni şeydir. Instagram Meta-ya məxsusdur, Instagram reklamı da Facebook reklamı ilə birlikdə Ads Manager-dən idarə olunur. Reklamın harada görünəcəyini (Reels, story, lent, Facebook) yerləşdirmə ayarında seçirik.

Reklama başlamaq üçün sayt lazımdır?

Mütləq deyil. Bir çox biznes satışı Instagram Direct və WhatsApp üzərindən edir, belə hallarda yazışma kampaniyası qurulur. Amma sayt və piksel olanda Meta kimin aldığını görür və reklamı daha dəqiq göstərir.

Nəticəni nə vaxt görəcəyəm?

Göstərişlər və kliklər ilk gündən gəlir. Kampaniyanın nə dərəcədə işlədiyini isə öyrənmə mərhələsi bitəndən sonra, adətən 7–10 günə demək olur.

Reklam büdcəsini kimə ödəyirəm?

Birbaşa Meta-ya, öz kartınızla. Reklam hesabı sizin adınıza olur, mən ora giriş icazəsi ilə işləyirəm. Belə olanda hesab, auditoriyalar və piksel məlumatları həmişə sizdə qalır.

Brendiniz üçün ilk addımı
birlikdə ataq.

Layihənizi bir-iki cümlə ilə yazın. Sizə uyğun paketi birlikdə seçək.