Creator Marketing Hub-da yaradıcı axtarmaq, süzgəcdən keçirmək, yazışmaq və kontentdən istifadə icazəsini müddətli almaq bir yerdədir. Yaradıcının postunu bir kliklə reklama çevirmək olur. Brendlər 29 sentyabrdan yaradıcıların Instagram canlı yayımlarına sponsor ola bilər.

Brend üçün nə deməkdir?

Kiçik büdcə ilə yerli influencer tapmaq və onların kontentini reklamda istifadə etmək asanlaşır.

Mənbə: Social Media Today

Xəbər mənbədən qısaldılıb və Azərbaycan dilində yazılıb. Ətraflı məlumat mənbədədir.