Meta Instagram reklamlarında yeni funksiya sınayır: kimsə sponsorlu posta seçilmiş açar sözü yazanda ona avtomatik mesaj gedir. Beşə qədər açar söz və hər birinə ayrıca cavab qurmaq olur. Hələ bəzi reklamçılar üçündür və yalnız Instagram-da işləyir.
Brend üçün nə deməkdir?
“Məlumat üçün şərhə + yazın” tipli kampaniyalar reklamın içində avtomatik müraciət toplayana çevrilə bilər.
Mənbə: Social Media Today
Xəbər mənbədən qısaldılıb və Azərbaycan dilində yazılıb. Ətraflı məlumat mənbədədir.



