hacar_idayatova Reels
Instagram ↗

Robot yenə səhv edir?

Robot yenə işdədir 🤖

Call to action, organic reach və insights. Bu dəfə də hamısını hərfi tərcümə etdi 🥕

Səncə robot neçə bal topladı? 0, 1, 2 yoxsa 3?

Videonun mətni

Robot yenə işdədir. Bu dəfə terminlər daha çətindir.

Birinci: Call to action.

Robotun tərcüməsi: hərəkətə zəng!

Yox! Bu, hərəkətə çağırışdır: linkə keç, yadda saxla kimi aydın tapşırıq.

İkinci: Organic reach.

Robotun tərcüməsi: orqanik tərəvəz!

Yox! Bu, reklamsız əhatədir: pul vermədən postu görən insanlar.

Üçüncü: Insights.

Robotun tərcüməsi: daxili aləm!

Yox! Bu, statistikadır: postun neçə nəfərə çatdığını göstərən rəqəmlər.

Səncə, robot bu dəfə neçə bal topladı? Şərhdə yaz.

Digər paylaşımlar

Bütün feed
Engagement = nişanlanma?ReelsBu ay öyrəndiklərimiz4 slayd2 + 1 Instagram faktlarıReelsHansı üz qabığı? A yoxsa B?PaylaşımSayı tanıdır, reaksiya satırPaylaşımReach ≠ göstərilməReels